Azərbaycan və Rusiyanın ruhani idarələri arasında saziş imzalanıb

OXUNUB: 582 SİYASƏT

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxulislam Allahşükür Paşazadə cümə axşamı Sankt-Peterburq və Rusiyanın Şimal-Qərb regionu Müsəlmanlarının Ruhani İdarəsinin müftisi Ravil-Həzrət Pançeyev arasında konfessiyalararası sülhün yayılmasında təcrübə mübadiləsi və əməkdaşlıq haqqında saziş imzalayıblar.

İcmal.Az Report-a istinadən xəbər verir ki, saziş kitab nəşri, təcrübə və nümayəndə heyətlərinin mübadiləsi, birgə konfransların keçirilməsini nəzərdə tutulur.

Sənəd "Rusiya-Azərbaycan: "sülh, təhlükəsizlik və əməkdaşlıq naminə dinlərarası dialoq və islam həmrəyliyi” adlı beynəlxalq elmi-dini konfransında imzalanıb.

Konfransda həmçinin "dindən siyasi məqsədlər üçün istifadə etmək cəhdləri, dini dözümsüzlüyün hər cür təzahürləri, həmçinin hər hansı bir ibadət obyektinə qarşı vandalizm aktlarını” pisləyən kommünike qəbul edilib.

İcmal.Az

RƏYLƏR