Azərbaycan XİN başçısı səfirin öldürülməsi ilə bağlı İtaliyaya başsağlığı verib

OXUNUB: 60 SİYASƏT
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Konqoda İtaliya səfirinin öldürülməsi ilə əlaqədar başsağlığı verib.

Bu barədə Ceyhun Bayramov "Twitter”də bildirib.

"BMT konvoyuna edilən qorxunc hücum nəticəsində İtaliyanın Konqo Demokratik Respublikasındakı səfiri Luca Attanasionun və bir əsgərin öldürülməsi məni dərindən kədərləndirdi. Qurbanların ailələrinə və dost İtaliya xalqına dərin hüznlə başsağlığı veririk”, - deyə Azərbaycan XİN başçısı qeyd edib.
Qeyd edək ki, İtaliyanın Konqo Demokratik Respublikasındakı səfirinin olduğu konvoya hücum olub. Hücum nəticəsində bir neçə nəfər həlak olub, onlardan biri İtaliyanın bu ölkədəki səfiri Luka Attanasiodur. Hücumun əsas məqsədi avtomobildəki şəxsləri girov götürmək olub.

RƏYLƏR