Azərbaycanda 10 nəfərin yaralandığı DƏHŞƏTLİ QƏZANIN VİDEOSU

OXUNUB: 668 HADİSƏ
Şamaxı rayonunun Mirikənd kəndində "Mercedes" markalı minik avtomobili və "Ford" markalı mikroavtobus toqquşub.

Kadrlardan göründüyü kimi "Ford" markalı mikroavtobus aşıb. Digər "Mercedes" markalı maşın isə yararsız hala düşüb.

Qəza zamanı mikroavtobusda olan 1 nəfər (sərnişin) xəsarət alıb və nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri yaralını müvafiq qaydada mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə nəticəsində "Mercedes"də olan 3 sərnişin, "Ford" markalı mikroavtobusda olan 10-a yaxın sərnişin Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəzanın görüntüsünü təqdim edirik:

İcmal.Az

RƏYLƏR