Azərbaycanda biabırçılıq - 2 uşaq anası olan gəlin evində işləyən usta ilə QAÇIB - FOTO

OXUNUB: 1333 SOSİAL
Azərbaycanda iki uşaq anası evində işləyən usta ilə qaçıb. 

İcmal.Az xəbər verir ki, Xoşqədəm Hidayətqızının "Səni Axtarıram” verilişinə çıxan ər arvadı 
Şirinova Ramidə Əli qızını axtardığını söyləyib. 

Həyat yoldaşı bildirib ki, 21 apreldə iki uşağımızı götürüb qaçıb: "Gedərkən sənədləri və şəkilləri götürüb. Aramızda heç bir söz-söhbət olmayıb. Qaynatamla bir həyətdə yaşayırıq. Sonuncu dəfə səhər 11-də görüblər”. 

Veriliş ərəfəsində bəlli olub ki, Ramidə 3-cü dəfədir ki evdən qaçır. Belə ki, Ramidə 2017-ci ilin oktyabrında evində işləyən usta ilə birlikdə Bakıya qaçıb. 3 gün sonra polis Ramidəni tapıb, həyat yoldaşına təhvil verib”. 

Həyat yoldaşına xəyanət edən qadın da, onu axtaran ər də ekspertlər tərəfindən qınanıb. 

Aparıcı və ekspertlər uşaqların Ramidədən alınıb ataya verilməli olduğu söyləyiblər. 

Qeyd edək ki, canlı yayım zamanı 2017-ci ildə qaçdığı kişinin şəkillərini göstərilib.

İcmal.Az

RƏYLƏR