Azərbaycanda biznesmen məşhur şirkətin pulunu mənimsədi — ÖZƏL

OXUNUB: 1095 İQTİSADİYYAT HADİSƏ

Azərbaycana mobil telefonları, onun qurğularını gətirən "Ali İmran” Məhdud Məsuliytəli Cəmiyyət (MMC) öz dilerini məhkəməyə verib.


 MMC ilə diler Yusibov Rəsul Fərman arasında məhkəmə çəkişməsi 2089 manatın ələ keçirilməsi ilə bağlıdır.


MMC Rəsul Yusibova satış məqsədilə mobil telefon qurğuları versə də, pulunu geri ala bilməyib.


Bu səbəbdən MMC Bakı Kommersiya Məhkəməsinə müraciət edib.


Hakim Mübariz Hüseynovun sədrliyi ilə baş tutan iclasda iddia ərizəsi təmin olunub.


İddia ərizəsində göstərilən məbləğ Rəsul Yusibovdan tutularaq MMC-yə ödənilməsi barədə qərar verilib.


Qeyd edək ki, diler biznesmen, tacir, mağaza sahibi, agent anlayışlarını verir.



RƏYLƏR