Azərbaycanda iki siyasi partiya birləşir - Açıqlama

OXUNUB: 311 SİYASƏT
Azərbaycanda iki siyasi partiyanın birləşdirilməsi qərara alınıb.
Bunlar Yeni Yol Partiyası və 24 iyun 1992-ci ildə dövlət qeydiyyatına alınmış Azərbaycan Dirçəliş və Tərəqqi Partiyalarıdır.
Bunun üçün Dirçəliş və Tərəqqi Partiyasının qurultayının keçirilməsi ilə bağlı qərar qəbul olunub və 5 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. Təşkilat komitəsinin sədri isə Ramil Hüseynov seçilib.
R. Hüseynov 7News.Az -a açıqlamasında bildirib ki, partiyanın növbəti qurultayı 22 yanvarda keçiriləcək:
"Qurultayın gündəliyinə yeni sədr seçkisi və digər təşkilati məsələlər salınıb. Eyni zamanda, partiyanın nizamnamisinə müəyyən dəyişikliklər edilməklə onu müasir dövrün reallıq və tələblərinə, siyasi şəraitinə uyğunlaşdırmaq nəzərdə tutulur”.
 
7News.Az

RƏYLƏR