Azərbaycanda məhkum qadınların üzləşdikləri əsas problemlər açıqlandı

OXUNUB: 818 SOSİAL
Azərbaycanda həbsdə olan qadınların məşğulluğunun təmini üçün, eyni zamanda onları həbsdən çıxandan sonra qarşılaşa biləcəkləri problemlərə hazırlamaq, peşələr öyrətmək məqsədi ilə müxtəlif layihələr həyata keçirilir.
 

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

Onun sözlərinə görə, müxtəlif ailə problemləri olan məhkum qadınlar problemlərinə kömək etmələri üçün komitəyə müraciət edirlər: "Həbsdə olan elə qadınlar var ki, onların ailə problemləri olur, uşaqları ilə görüşə bilmirlər. Çalışırıq ki, onlara sosial problemlərinin həllinə, eləcə də ailə problemlərinin nizamlanmasına yardım edək və qadınlar uşaqları ilə görüşə bilsinlər".

 

S.Qəhrəmanova deyib ki, komitə təkcə həbsdə olan qadınlarla bağlı deyil, məhbus uşaqlarla bağlı da müxtəlif tədbirlər həyata keçirir.

Komitə rəsmisi əlavə edib ki, uşaq təcridxanalarında olan uşaqların problemlərin həlli istiqamətində də eyni qaydada işlər görülür./trend

İcmal.Az

RƏYLƏR