Azərbaycanda vəzifəli şəxsin evindən SƏRVƏT TALANDI - FOTO

OXUNUB: 544 HADİSƏ
Hadisə Xətai rayonu, Həzi Aslanov qəsəbəsində qeydə alınıb.

İcmal.Az-a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, qəsəbə sakini Abil Qədirovun evindən içində 100 min manat dəyərində qızıl-zinət əşyaları, 30 min dollar da pul olan seyf oğurlanıb. 

Faktla bağlı hadisə yerinə 37-ci polis bölməsinin əməkdaşları gəlib, ilkin müayinələr aparıblar. Baş vermiş cinayət işi ilə bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb. 
 
Qeyd edək ki, Abil Qədirov Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri və miqrasiya şöbəsinin məsləhətçisi vəzifəsində çalışıb. Sonra isə həmin şöbənin Abşeron rayon üzrə baş məsləhətçisi vəzifəsinə təyin edilib.

Azərbaycanda vəzifəli şəxsin evindən SƏRVƏT TALANDI - FOTO

Faktla bağlı zərəçəkən Abil Qədirovun mövqeyinidə öyrəndik. O, hadisənin axşam saatlarında evdə olmadıqları vaxt baş verdiyni bildirdi:
"Evdən təxminən 3-4 saat olardı çıxmışdıq, gəldik gördük ki, seyfi aparıblar. Oğrular evə qapını açmaq yolu ilə daxil olublar. Nəticəsi barədə cinayətin üstü açılanda məlumat verə bilərəm”.

İcmal.Az

RƏYLƏR