Azərbaycan elektron media sahəsində www.bakues.az informasiya portalı fəaliyyətə başlayıb. Artıq bir neçə ildir ki,
xəbər portalının "bakues" adı altında "İnstagram" və "Facebook" səhifələri, o cümlədən "Youtube" və "Telegram"
kanalları mövcuddur. "Bakues.az" saytı operativ və maraqlı informasiyaları ilə izləyicilərin rəğbətini qazanmış eyniadlı
sosial şəbəkə hesabları ilə sintez şəklində fəaliyyət göstərəcək. Yeni saytın fəaliyyəti ilə bağlı portalın baş redaktoru
Fikrət Məmmədov izləyicilərə videomüraciət edib.
Saytın baş redaktoru Fikrət Məmmədov Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, həmçinin Moskva
Dövlət Linqvistika Universitetinin məzunu olub. Fikrət Məmmədov uzun illər AzTv-də rejissor, İctimai TV-də isə
telekanalın Rusiya bölməsinin rəhbəri kimi fəaliyyət göstərib, bir sıra telelayihələri ilə tamaşaçıların rəğbətini
qazanıb.
Qeyd edək ki, "www.bakues.az" informasiya portalının təsisçisi Azərbaycanda milyonluq izləyicisi olan sosial şəbəkə
səhifələrinin qurucusu Nicat Sadıqovdur