Azərbaycanda özünü asan müəllimənin əri nüfuzlu yerdə işləyirmiş

OXUNUB: 1095 HADİSƏ
Oğuzda özünü asan iki uşaq anası ilə bağlı bəzi məlumatlar ortaya çıxıb.
 Qəribə Mikayılovanın ixtisası ibtidai sinif müəlliməliyi olub. O, rayon kəndlərində və və rayonda müəllimə fəaliyyəti ilə məşğul olub. Yoldaşı Oğuzda qarğıdalı emalı və qlükoza istehsalı müəssisəsində işləyir. Q.Mikayılovanın ailədə müəyyən problemləri olmayıb. Kənddə sakit ailə kimi tanınırlar, maddi imkanları normal olub. Onun psixoloji problemi olmayıb. Qayınatası və qayınanası ilə birgə yaşayırdı.Onun iki azyaşlı uşağı var. Q, Mikayılovanın yas mərasiminin ata evində keçirliləcəyi bildirilib.

Qeyd edək ki, yanvarın 28-i saat 20.00 radələrində Oğuz rayonu Bayan kənd sakini, 1991-ci il təvəllüdlü Qəribə Allahverdi qızı Mikayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsində asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. Qəribə Mikayılovanın istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.

Faktla bağlı Oğuz rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır./sonxeber
 
İcmal.Az

RƏYLƏR