Azərbaycanın keçmiş naziri vəfat etdi

OXUNUB: 764 GÜNDƏM HADİSƏ

Poliqrafiya və Kitab Ticarəti Komitəsinin (Mətbuat və İnformasiya Nazirliyi) sədri işləmiş, içtimai xadim, AYB-nin məsul katibi Nazim İbrahimov vəfat edib.


İcmal.Az xəbər verir ki, o uzun sürən xəstəlikdən sonar bu gün dünyasını dəyişib.

İbrahimov Nazim Sadıq oğlu 1935-ci ilin 1 fevralında Bakıda anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. İxtisasca geoloq-geofizikdir, elmlər namizədidir.
1957-1970-ci illərdə mühəndis-geoloq, partiya rəhbəri, ekspedisiya başçısı, Bakı şəhərinin Yasamal (keçmiş Oktyabr) rayonu partiya komitəsinin I katibi (1971-1980), Poliqrafiya və Kitab Ticarəti Komitəsinin (Mətbuat və İnformasiya Nazirliyi) sədri (1980-1988), 1991-ci ildə Azərbaycan Elmlər Akademiyası prezidentinin müavini, 1991-1992-ci illərdə Azərbaycan Dövlət Ensiklopediyasının baş redaktoru, 1993-2005-ci illərdə "Azərbaycan" nəşriyyatının baş direktoru olub.


1975-ci və 1990-cı illərdə - Azərbaycan SSR Ali Sovetinin deputatı, Respublika Ali Sovetinin plan-büdcə komissiyasının sədri olub. Elmi tədqiqatla məşğul olub.


1995-2004-cü illərdə - Olimpiya Komitəsinin üzvü, Azərbaycan Tennis Federasiyasının prezidenti, həlledici səslə Beynəlxalq və Avropa Tennis Federasiyasının üzvü olub.

2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin məsul katibi idi.

RƏYLƏR