“Azərbaycanın uğurları onu qısqananların başına daş salır” - Elşən Musayev

OXUNUB: 621 SİYASƏT
"Azərbaycanın uğurları onu qısqananların başına daş salır”. SİA xəbər verir ki, bunu millət vəkili Elşən Musayev Milli Məclisin pklenar iclasındakı çıxışı zamanı bildirib.

Deputat bildirib ki, qərəz əvvəlcə Avropa Şurası ilə başladı, sonra Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərini hədəfə aldılar: "Amma bir nəticəsi olmadı. Avropa Parlamenti Azərbaycana qarşı qərəzli hesabat hazırlayıb. Bu hesabat orta məktəb şagirdinin yazdığı inşadan daha aşağı səviyyədədir. Azərbaycanı yürütdüyü milli siyasətdən sapdırmaq istəyənin gərək 3 başı olsun”.

RƏYLƏR