Azərbaycanlı aktrisa: Oğlumun intihar edəcəyini əvvəlcədən bilmirdim - FOTO

OXUNUB: 922 MƏDƏNİYYƏT

"44 yaşıma kimi mən həyatımı görürdüm. 44 yaşımdan sonra bilmədim ki, həyatım necə olacaq”. 

İcmal.Az xəbər verir ki, bu sözləri Milli.Az-a müsahibəsində aktrisa Məsumə Babayeva deyib.

"Oğlumun özünü asmasını, yoldaşımın ölməyini əvvəlcədən bilmədim. Bəli, çox çətin günlər keçirdim. Qızım qəzaya düşdü, nəvəmi itirdim. Elə anda dostların, yoldaşların bir kəlmə sözləri mənə mənəvi qida idi. Düzdür, elə insanlar oldu ki, mənim yıxılmağımı istədilər. O çətin günlərdən mən təkbaşına, özüm çıxmışam. Allah nə qədər ömür veribsə, o qədər yaşamalıyıq. Deməli, hələ həyat missiyam bitməyib. Elə gün olub ki, özümü öldürmək də istəmişəm, amma kimsə gəlib bir anda qarşımda dayanıb”, - deyə aktrisa bildirib.

 

İcmal.Az

RƏYLƏR