Azərbaycanlı müğənni ərini niyə tərk etdiyini açıqladı - HƏR KƏS ŞOKDA - FOTO

OXUNUB: 1177 ŞOU-BİZNES

Xanım ifaçı Bəturə Hüseynova "5/5"-də Türkiyədə yaşayan həyat yoldaşını atıb, Bakıya köçmə səbəbini açıqlayıb.

İcmal.Az xəbər verir ki, canlı yayımda müğənni həyat yoldaşının iki dəfə "bankrot" olduğu üçün onunla birgə yaşamamaq qərarına gəldiyini deyib.

Bəturənin bu etirafı qarşısında Zaurun nitqi tutulub. Aparıcı müğənninin gözlənilməz açıqlamasına sərt reaksiya verib:

 

"Kişi iflasa da uğrayar, müflis də ola bilər. Kişi yıxılıb, ayağı da qırıla blər". 

Bəturə Zaur Kamalın ittiham xarakterli fikirlərinə "Orada mənim maşınlarım, qızıllarım, mənim evim və çox ciddi şeylərim getdi. İndi çox peşmandır. Deyir ki, "Kaş sənə qulaq asardım"" cavabı ilə hər kəsi təəccübləndirib.

Qeyd edək ki, müğənni verilişdə həyat yoldaşı ilə, sadəcə, kağız üzərində evli olduqlarını, rəsmi boşnamasalar da artıq bir yerdə yaşamadıqlarını bildirib.

Azərbaycanlı müğənni ərini niyə tərk etdiyini açıqladı - HƏR KƏS ŞOKDA - FOTO

İcmal.Az

RƏYLƏR