Azərbaycanlı müğənni ölümlə hədələndi

OXUNUB: 472 HADİSƏ
8 il Azərbaycandan uzaq düşən azərbaycanlı müğənni Ziyafət Yaqubova ARB-nin "Səhər-Səhər” proqramının qonağı olub.

 
İllər öncə səhnəyə Ziyafət adı ilə çıxan müğənni adını dəyişərək Enda qoyduğunu elan edib. Elgiz əcnəbi kişi ilə ailə həyatı quran Endanın şəxsi həyatı ilə bağlı şok faktlar açıqlayıb. O, xanım sənətçinin qohumları tərəfindən ölümlə təhdid olunduğunu bildirib. Məlum olub ki, ailəsinin təzyiqi ilə üzləşən müğənni Bakıya gələrkən, evinə gedə bilməyib, oteldə qalmalı olub.

Sənətçinin mal-mülk üstə qohumları ilə problem yaşadığı məlum olub.

Elgiz nə qədər cəhd etsə də, Enda ailə qurduğu kişi barədə açıqlama verməkdən boyun qaçırıb.

İcmal.Az

RƏYLƏR