Azərbaycanlı uşaq istedadı ilə dünyanı heyran edir - FOTO

OXUNUB: 590 SOSİAL

Mikayıl adlı 11 yaşlı azərbaycanlı uşaq möhtəşəm rəsmlər çəkməklə sənətsevərləri heyrətə gətirir. 

Ailəsi ilə birlikdə Nyu-Yorkda yaşayan oğlan beş yaşından müxtəlif janrlarda, o cümlədən impressionizm, müharibə və janr rəssamlığında əsərlər yaradıb. 

Bir çox sənətsevərlər gənc dahinin texnikasını böyük rəssamlarla müqayisə edirlər.  

Çətin ki, dünyada akvarel, yağlı boya və pastellə şəkil çəkməyi bacaran ikinci belə uşaq var. Onun texniki elementlərlə bağlı anlayışı heyranedicidir. 

"Instagram” hesabında paylaşdığı fotolara baxsaq, Mikayılın dünyanın müxtəlif şəhərlərində rəsmlər çəkdiyini görərik.

O, özünü "I am self taught artist” (özü öyrənmiş rəssam) adlandırır və həqiqi sematik, həyat əsərləri çəkir. Rəsmləri görənlər onların balaca uşaq tərəfindən çəkildiyinə inana bilmirlər.

Onun rəsm çəkmək istedadı var. Bu gün rəssamlığın incəliklərini ona professional rəssam Andrea öyrədir. 

Onun əsərlərinə baxan istənilən sənətsevər azərbaycanlı oğlanın istedadını yüksək qiymətləndirir. 

Axı onun hər bir əsərində məna, həyata inam, rəng çalarları və çoxmənalılıq var. /oxu

 

İcmal.Az

RƏYLƏR