Azərbaycanlı və türkmən Kiyevdə yataqxanaya hücum etdi

OXUNUB: 856 DÜNYA

Kiyevdə azərbaycanlı gəncin iştirakı ilə törədilən cinayət isti izlərlə açılıb. 

İcmal.Az Ukrayna KİV-ə istinadla xəbər verir ki, iyulun 28-i, gecə saatlarında Ukraynanın Milli Nəqliyyat Universitetinin tələbəsi polisə müraciət edərək, iki nəfərin onlara hücum etdiyini bildirib. 

Zərərçəkmişin sözlərinə görə, onlar Kikvidze 32 ünvanında yerləşən yataqxananın otaqlarından birinə daxil olub, mənzildə qalanları silahla təhdid edərək, noutbuk və planşet götürüblər. 

Aparılan axtarışlar nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı, 1989-cu il təvəllüdlü Vasif Rzayev və Türkmənistan vətəndaşı, 1995-ci il təvəllüdlü Yusup Qurbaniyazov saxlanılıb. Onların üzərindən oğurladıqları avadanlıqlar və travmatik tapança aşkar edilərək, maddi sübut kimi götürülüb. 

Saxlanılan şəxslərə qarşı "Qabaqcadan əlbir olmaqla bir qrup şəxs tərəfindən quldurluq etmə” maddəsi ilə cinayət işi başlanılıb. Günahları sübuta yetirilərsə, onları 12 ilədək həbs cəzası gözləyir. 

İcmal.Az

RƏYLƏR