“Azercell” bu statusa görə gülünc vəziyyətə düşdü: “TƏŞƏKKÜRLƏR RAFİQ...”

OXUNUB: 668 Özəl GÜNDƏM İQTİSADİYYAT

7NEWS.az xəbər verir ki, "Azercell”in rəsmi facebook səhifəsində paylaşılan post yenidən gündəm olub. Məsələ burasındadır ki, bir neçə il öncə şirkətin rəsmi səhifəsində paylaşılan status yenidən gündəmə çevrilib. Posta yazılır: "Teshekkurler Rafiq.. Deyerli info verdiyine gore...” . Yenidən aktivləşən posta yüzlərlə şəxs gülüş işarəsi qoyub və şərhin silinməməsini xahiş ediblər. Məlumat üçün qeyd edək ki, şirkətin rəsmi facebook səhifəsi zaman-zaman bu kimi qeyri-peşəkar fəaliyyəti ilə yadda qalıb. Hətta yaxın keçmişdə Fcaebook şirkətin rəsmi səhifəsini bağlamışdı. Uzun sürən çəkişmədən sonra səhifəsni geri qaytarmaq mümkün olmuşdu.

7NEWS.az

RƏYLƏR