“Azəriqaz” işçilərini bayram günlərində də işlədib – Hüquq müdafiçisi

OXUNUB: 20 SOSİAL İQTİSADİYYAT
"Azəriqaz” İB əməkdaşlarını istirahət günlərində də çalışdıraraq əməkdhaqqlarını ödəmir.

Bu barədə məlumatı hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı paylaşıb. O bildirib ki, "Azəriqaz”ın Sayğac Əməliyyatları Xidmətində çalışan əməkdaşların iş şəraitindən, istirahət gülərində də çalışdırılıb haqqlarının ödənilməməsindən narazıdır:
 
M.Qəhrəmanlının yaydığı məlumata görə, regionlarda fəaliyyət göstərən Sayğac Əməliyyatları Xidmətinin çilingərləri 28 və 29 may tarixlərində istehlak edilmiş təbii qaza görə ödənişlərin yığılması, 30 və 31 may tarixlərində isə sayğac göstəricilərinin oxunması işlərinə cəlb ediliblər. Bildirilir ki, əməkdaşlar həmin günlərdə faktiki olaraq işləsələr də, iş vaxtının uçotunun aparılmadığı iddia olunur.
Məlumatda qeyd edilir ki, xidmət əməkdaşlarından biri son beş qeyri-iş günü ərzində fasiləsiz çalışdığını bildirib. Onun sözlərinə görə, iş prosesində nə nəqliyyat vasitəsi ilə təmin olunub, nə də əlavə dəstək göstərilib:

"Həmin müddətdə terminal vasitəsilə 500-ə yaxın sayğac göstəricisini oxuyub, 70-ə yaxın sayğaca texniki baxış keçirib, 150-dən artıq abonentlə ödənişlərin həyata keçirilməsi üçün əlaqə saxlayıb, borca görə 10 abonentin qaz təchizatını dayandırıb və 4 sayğacı dəyişdirib. O, bütün bu əməliyyatların elektron sistemlərdə qeydə alındığını və asanlıqla yoxlanıla biləcəyini vurğulayıb.
Əməkdaşa qeyri-iş günlərində gördüyü işlərə görə əlavə əməkhaqqı və ya əlavə istirahət günü verilməyib. O, növbəli iş rejimində çalışan bəzi əməkdaşlara bayram və istirahət günlərinə görə əlavə ödənişlər hesablandığını, lakin eyni günlərdə sahədə intensiv fəaliyyət göstərən sayğac əməliyyatları əməkdaşlarının əməyinin lazımi şəkildə qiymətləndirilmədiyini bildirib”.
Mirvari Qəhrəmanlı paylaşımında "Azəriqaz” rəhbərliyini məsələyə münasibət bildirməyə çağıraraq, istirahət günlərində daxil olan qaz sızması çağırışlarının nə qədərinin real nasazlıqla nəticələndiyinin açıqlanmasının vacibliyini qeyd edib. Hüquq müdafiəçisi əməkdaşlar arasında bəzi çağırışların formal xarakter daşıdığı barədə qənaətin formalaşdığını da vurğulayıb.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

RƏYLƏR