Bahalı "Range Rover"lə yolu kəsən sürücü cərimələndi - VİDEO

OXUNUB: 451 GÜNDƏM HADİSƏ

Əks yola çıxaraq avtomobillərin yolunu kəsən sürücü cərimələnib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, paytaxtın Əhməd Rəcəbli küçəsində 1.3 xəttin tələbini pozaraq qarşıdan gələn avtomobillərin hərəkətinə çətinlik yaradan 99-LR-044 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü araşdırma nəticəsində müəyyən edilib. Sürücü Qurbanov Tohid Nazim oğlu törətdiyi xətaya uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 60 manat məbləğində cərimə edilib.


7News.Az

RƏYLƏR