Karib arxipelaqı ölkəsi olan Baham adalarında tankerdən dənizə 30 min qallon (113,56 kubmetr) neft tökülüb.
7NEWS.az xəbər verir ki, Baham adalarının baş naziri vəzifəsini icra edən Çester Kuperin verdiyi açıqlamaya görə, "Sun Oil” ilə müqavilə bağlayan "The Arabian” adlı tanker gəmisi Köhnə Dəniz Bazasının ərazisində yanacaq boşaltarkən neftin dənizə töküldüyü bildirilib.