Bakı metrosunda gecə saat 4-də relslər üzərində şəkil çəkdirən qız kimdir? - FOTOLAR+ VİDEO

OXUNUB: 1203 SOSİAL
Sosial şəbəkələrin aktiv istifadəçisi kimi tanınan Arzu Əhmədovanın "İnstagram"da paylaşdığı foto və videolar müzakirə mövzusuna çevrilib.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, 21 yaşlı A.Əhmədova bu dəfə Bakı metrosunda foto çəkdirmək üçün özünü təhlükəyə atıb. 

Belə ki, o, metronun Nəriman Nərimanov stansiyasında qatarın relsləri üzərində çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşıb.

A.Əhmədova bununla yanaşı, "İnstagram" hesabındakı status bölməsində paylaşdığı videogörüntü ilə onun sözügedən metro stansiyasında gecə saat 4-də olduğu məlum olub.

Sosial şəbəkə istifadəçinin metronun işləmədiyi bir vaxtda stansiyada olmasının səbəbləri məlum deyil. 

 
Qeyd edək ki, A.Əhmədova sosial şəbəkədə aktiv istifadəçilərdəndir. 

Məlumat üçün bildirək ki, Bakı metrosu səhər saat 06:00-dan axşam saat 00:00-a qədər sərnişinlərin istiafdəsinə verilib.

Xatırladaq ki, "Bakı Metropoliteni" QSC-nin daxili qaydalarına görə, metro stansiyalarında qanunsuz foto və video çəkiliş aparmaq qadağan edilib.
 



RƏYLƏR