Bakı metrosundan daha bir müəmmalı foto yayıldı – Bu dəfə 3 nəfərdirlər…

OXUNUB: 609 SOSİAL
Az öncə sosial şəbəkələrdə və mediada gənc qızın gecə saatların Bakı metrosunda çəkdirdiyi şəkil yayıldı.

Minval.info xəbər verir ki, onun fotosu müzakirə mövzusuna çevrildi və 4.10 radələrində "Nərimanov” metrosunda necə olduğu sual doğurdu. Həmçinin gəncin qatar relsinin üzərinə düşməsi diqqət çəkib.

Bu dəfə isə minval.info-nun redaksiyasına daha bir foto göndərilib. Həmin şəkildə isə 3 gənc yer alıb və onların da bayaqkı qızdan geri qalmadığı görülür.

Belə ki, oğlan da "qəhrəmanlıq” göstərərək relsin üstünə düşüb. İki qız isə onun başı üzərində dayanıb.

Maraqlıdır ki, bu gənclərin də fotoları "Nəriman Nərimanov” metro stansiyasından fotolar çəkib.
Bakı metrosundan daha bir müəmmalı foto yayıldı – Bu dəfə 3 nəfərdirlər…
 

İcmal.Az

RƏYLƏR