Bakıda 31 yaşlı kişi özünü 9-cu mərtəbədən ataraq intihar edib

OXUNUB: 791 HADİSƏ

Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib.

Hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Vəliyev Nicat Rəfael oğlu özünü yaşadığı binanın 9-cu mərtəbəsindən yerə atıb. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

 

N.Vəliyev ruhi əsəb xəstəliyindən əziyyət çəkirmiş./report

İcmal.Az

RƏYLƏR