Bakıda 350 min dollarlıq fırıldaq

OXUNUB: 567 HADİSƏ

Nizami rayon Polis İdarəsi Bakıda külli miqdarda dələduzluq faktı üzrə araşdırma aparır. Adının Elsevər olduğu deyilən şəxs vətəndaşların etibarından suistifadə edərək, dələduzluq yolu  ilə 343 min dollar ələ keçirib.

Bu barədə Nizami rayon Polis İdarəsindən məlumat daxil olub.

İlkin məlumatlara görə, zərərçəkənlər 1981-ci il təvəllüdlü Qinyaz Məmmədov, 1982-ci il təvəllüdlü Ramin Əliyev və 1983-cü il təvəllüdlü Vüsal Əhmədov adlı şəxslərdir. Fırıldaqdan ən çox Q.Məmmədov əziyyət çəkib, o,240 min ABŞ dollarından məhrum olub.

V.Əhmədov isə 73 000 dollarıı itirib. Yerdə qalan məbləğ R.Əliyevin pulları olub.

Məlumata əsasən, zərərçəkənlərin pullarını Elsevər 2016-cı ilin dekabr ayından 2017-ci ilin avqust ayına kimə olan müddətdə mənimsəyib.

Fakt üzrə hələlik heç kim saxlanılmayıb. Dələduzun ölkə hüdudlarını tərk etdiyi güman edilir. 

Polis İdarəsindən bildiriblər ki, hazırda dələduzluq ölkədə ən geniş yayılmış cinayət növüdür.  Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilmiş hər üç nəfərdən biri məhz dələduzluqda  ittiham olunur.

İcmal.Az

RƏYLƏR