Bakıda "8-ci kilometr bazarı"nda orta yaşlı qadın döyülüb.
Hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, 8-ci kilometr qəsəbəsində yerləşən bazarda 45 yaşlı Ələkbərova Fəridə Mobil qızı tanıdığı orta yaşlı kişi ilə mübahisə edib. Nəticədə o döyülüb. Qadın ağır xəsarətlər aldığına görə xəstəxanaya yerləşdirilib.
Fakt üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində araşdırma aparılır./report
İcmal.Az