Bakıda ahıl qadını avtomobil vurub

OXUNUB: 601 HADİSƏ

Bakıda yolun piyadalar üçün müəyyən edilməyən hissəsindən keçən qadın ağır xəsarət alıb.

Hadisə Suraxanı rayonunda baş verib.

60 yaşlı Məmmədova Əzizə Ələkbər qızı bazarın yaxınlığında yolu keçmək istəyib. Həmin vaxt minik avtomobili qadını vurub. 

Yaralı xəstəxanaya yerləşdirilib. Onun bədənində çoxsaylı sınıq xəsarətlərinin olduğu bildirilir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi araşdırma aparır./report

 

İcmal.Az

RƏYLƏR