Bakıda AİLƏ MÜNAQİŞƏSİ: kişi öz əmisini bıçaqladı

OXUNUB: 553 HADİSƏ

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

 Nardaran qəsəbəsi, Ləhiş bağları kimi tanınan ərazidə yerləşən 1960-ci il təvəllüdlü Ağayev Nəcəfəli Səfərəli oğluna məxsus mənzildə ev sahibi ilə qardaşları arasında dava düşüb.

Dava zamanı N.Ağayev qardaşı oğlu 35 yaşlı Ağayev Səfərəli Ataməli oğlu tərəfindən bıçaqlanıb. Eyni zamanda hadisəni törədən şəxs qohumları tərəfindən döyülüb. Hər iki şəxs 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR