Bakıda ana əkiz övladları ilə birgə itkin düşüb

OXUNUB: 522 SOSİAL

Bakıda kirayədə yaşayan Ukrayna vətəndaşı olan gənc qadın əkiz oğlanları ilə birlikdə itkin düşüb.

İcmal.Az Report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Bakının Binəqədi rayonunda kirayədə qalan Ukrayna vətəndaşı 1990-cı il təvəllüdlü Viktoriya Mixaylovna əkiz övladları -Türkiyə vətəndaşları 2018-ci il təvəllüdlü Mehmet Yılmaz və Furkan Yılmazla birlikdə evdən çıxıb və geri qayıtmayıb.

Binəqədi Rayon Polis İdarəsi onların axtarışlarını aparır.

İcmal.Az

RƏYLƏR