Bakıda arvadını yastıqla boğan şəxs saxlanılıb

OXUNUB: 511 HADİSƏ

Bakıda arvadını boğaraq öldürən şəxs saxlanılıb.

İcmal.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, yanvarın 20-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini Elvin Qəhrəmanlı yaşadığı evdə münaqişə zəminində arvadı Güneli yastıqla boğaraq qətlə yetirib.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qəhrəmanlı saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

İcmal.Az

RƏYLƏR