Bakıda avtobus sürücüsü: Elə sürürərəm ki, qıraram sizi - VİDEO

OXUNUB: 728 SOSİAL

Sürücü avtobusu elə idarə edib ki, sərnişinlərdən biri yerə yıxılıb və ayağı zədələndiyindən qalxa bilmir. Lakin sürücü bu vəziyyətdə belə avtobusu saxlamayıb və sürətlə hərəkətə davam edib.

İcmal.Az-ın Xəzər TV-yə istinadən məlumatına əsasən, görüntülər "Xətai” metrosu ilə Sabunçu rayonu, Ramana qəsəbəsi arasında fəaliyyət göstərən 49 saylı marşrut avtobusunda lentə alınıb. 

Üstəlik, videonu çəkən xanım, sürücünün sərnişinlərə "elə sürürərəm ki, qıraram sizi” dediyini də iddia edir. 

Hadisə şahidinin sözlərinə görə, xanım yıxıldıqdan sonra digər sərnişinlər avtobusu saxlamağı tələb etsə də, sürücü buna məhəl qoymayıb. Üstəlik, xanımın yanında az yaşlı uşaq da olub.

49 saylı marşrut xəttinin nəzarətçiləri isə bu hadisəni törədən sürücünün işdən azad edildiyini bildirir.

İcmal.Az

RƏYLƏR