Bakıda avtobusdan enərək yolu keçmək istəyən qadını avtomobil vurub

OXUNUB: 818 SOSİAL HADİSƏ

Bakıda avtobusdan enərək yolu keçmək istəyən qadını avtomobil vurub.

Yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Bakıxanov qəsəbəsində, Seymur Bünyadov küçəsində sərnişin avtobusundan düşərək yolu keçmək istəyən 1974-ci il təvəllüdlü Rzayeva Natiqə Naib qızını minik avtomobili vurub. Nəticədə o, xəsarət alıb. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarərisində araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR