Bakıda avtomobil 8 yaşlı uşağı vurub

OXUNUB: 523 HADİSƏ

Bakının Suraxanı rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Hövsan qəsəbəsində baş verib.

8 yaşlı Xasməmmədov Rafiq yolu keçərkən onu minik avtomobili vurub. Yaralı təcili yardım vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR