Bakıda bahalı "Range Rover"lə yol polisinin üstünə "protiv" gedən sürücü kimdir? - VİDEO

OXUNUB: 695 GÜNDƏM SOSİAL
Bakıda qaydaları kobud şəkildə pozan sürücülərin videosu ərazidəki təhlükəsiz şəhər kamerasına düşüb.  90-TG-550 qeydiyyat nişanlı "Range Rover” markalı avtomobilin sürücüsü martın 8-də paytaxtın Neftçilər prospektində (Əl oyunları sarayanın qarşısında) əks istiqamətə çıxaraq qarşıdan gələn avtomobillərin üzərinə sürüblər. Ərazidə xidmətdə olan yol polisi əməkdaşı avtomobilin qarşısını kəsərkən, sürücü və sərnişin onunla mübahisə etməyə başlayıb. Qarşıda əyləşən xanım sərnişinin qərəzli hərəkətləri kamera görüntülərində aydın şəkildə əks olunub./Avtosfer.az 
 

RƏYLƏR