Bakıda balta sapından çıxaraq yaşlı kişinin sinəsinə batıb

OXUNUB: 577 HADİSƏ

 Paytaxtın Xəzər rayonunda bədbəxt hadisə baş verib.

 Buzovna qəsəbəsində 1968-ci il təvəllüdlü Dadaşov Vahid Hacıdadaş oğlu odun doğrayarkən balta sapından çıxaraq onun döş qəfəsinin sağ yarısına batıb.

Ağır xəsarət alan kişi xəstəxanaya yerləşdirilib.

Həkimlər cərrahi əməliyyat etdikdən sonra V.Dadaşov xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir./report

 

İcmal.Az

RƏYLƏR