Bakıda daha bir binada PARTLAYIŞ: Dağıntılar altında qalanlar var

OXUNUB: 1560 HADİSƏ
Paytaxtda yaşayış binasında partlayış olub.

İcmal.Az apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 86 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Yaşayış binasının 2-ci blokunda baş verən partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir.

Dağıntılar altında qalanların olduğu ehtimalı da var.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
 
İcmal.Az

RƏYLƏR