Bakıda gəlin ərini və nənəsini evə BURAXMIR - VİDEO

OXUNUB: 741 SOSİAL
Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişində duyğusal anlar yaşanıb.
Verilişə müraciət edən 80 yaşlı Ziynət nənə öz evinə daxil ola bilmədiyini söyləyib. Səbəb isə keçmiş gəlinin evi ələ keçirməsi olub. Nənənin sözlərinə görə evi nəvəsi ilə birgə tikib. Nəvəsi Asifin ailəsi dağılıb və məhkəmə evi gəlinə və 2 uşağına verib. Daha sonra məhkəməy müraciət edilir və hər ikisinin evdə yaşamaq hüququnun olduğu qərarı verilir. Bundan sonra gəlin yenə də nənə və keçmiş ərini evində yaşamağa icazə vermir. Bu dəfə də şərt qoyur ki, qaz və işığı ayır ondan sonra. Çarəsiz qalan nənə televiziya vasitəsi ilə tamaşaçılardan kömək istəyib. Gəlinin keçmiş həyat yoldaşı da deyilənləri təqsdiqləyib. Asifin sözlərinə görə hər dəfə müxtəlif bəhanələrlə yoldaşı onu evə buraxmır. 

Verilişi sizə təqdim edirik. Qeyd edək ki veriliş həftə içi hər gün 19:55 də şənbə günü isə 22:40 da Space Tv-də yayımlanır. Bu axşam isə "Olar? Olmaz!" verilişində "cibimiziə girən saxtakar biznes qrumlarından" görüntülər təqdim ediləcək (TV-də ilk dəfə) 


 

İcmal.Az

RƏYLƏR