Bakıda gənc oğlanı güllələyərək qətlə yetirən şəxslər tutuldu

OXUNUB: 744 HADİSƏ

Bakıda gənc oğlanı güllələyərək qətlə yetirən şəxslər tutulub.

1992-ci il təvəllüdlü Osman Abdullayevi odlu silahla öldürməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Həsən Məşədiyev və 1991-ci il təvəllüdlü Emin Həmidov Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, hadisə bir neçə gün əvvəl Qaradağ rayonunda baş verib. Qətlə yetirilən O.Abdullayev əvvəllər məhkumluq həyatı yaşayıb./report

İcmal.Az

RƏYLƏR