Bakıda görünməyən gecə həyatı: Ərəb turistlər, klub qadınları, qəlyan! - VİDEO

OXUNUB: 457 HADİSƏ
Paytaxtımızda gecə saatlarında xüsusi karantin rejiminin höküm sürdüyü bir vaxtda klublarda nələrin baş verdiyini çatdırmaq üçün BAKU TV məşhur "İnfiniti” klubunda olub. 
 
Gecə saat 00:00-dan bir çox obyektlər işlərini durdursa da, bu klub sözün əsl mənasında "cibə” işləyir. Eyş-işrət, ürəyindən qəlyan keçən hər bir kəs məhz buraya üz tutur. 
 
Keçək tüstülü, yüksək səsli, səhərə qədər yuxularına haram qatıb ərəblərin qarşısında canfəşanlıq edən qadınlara. Bu xanımları görəsən nə vadar edir? Pulmu yoxsa, mənəvi rahatlıq üçün buranı seçiblər? Bax bu biraz sual doğurur. 
 
Gecə saat 00:00-ı gözlədik bəlkə klub bağlana. Yox, nə bağlanmaq? Hələ gecə həyatı onlar üçün bundan sonra başlayır. Bizim klubu tərk etdiyimiz vaxt gecə saat 01:00-ı göstərirdi. Qanun qanundursa, gərək bu "örtülü bazar” məsələsi hər bir ictimai iaşə obyektinin sahibinə açıq olsun.
 
Ətraflı süjeti təqdim edirik:
 

 

RƏYLƏR