Bakıda iki qardaşa ümumilikdə 7 bıçaq zərbəsi vurulub

OXUNUB: 543 HADİSƏ

Bakının Sabunçu rayonunda iki nəfərin bıçaqlanması ilə nəticələnən dava düşüb.

 Bakıxanov qəsəbəsinin Sakit Qocayev küçəsində iki qardaş - 1999-cu il təvəllüdlü Cəfərli Tural Oktay oğlu və 1993-cü il təvəllüdlü Cəfərli Turan Oktay oğlu naməlum şəraitdə bıçaqlanıb.

Onlar bədənlərin müxtəlif nahiyələrindən 7 kəsilmiş-deşilmiş xəsarətlə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin əməkdaşları hadisənin dəqiq səbəblərini öyrənmək üçün yaralıların izahatını alacaq.

Hələlik araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR