Bakıda ilk dəfə 5G şəbəkəsinin sınaqları aparılacaq

OXUNUB: 6468 Texnologiya AZƏRBAYCAN
Yaxın vaxtlarda Bakıda ilk dəfə olaraq 5G şəbəkəsinin sınaqları aparılacaq.
Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiya və rəqəmsal inkişaf şöbəsinin rəhbəri Rəşad Əzizov deyib. Onun sözlərinə görə, artıq bir həftədir Çinin "Huawei” şirkəti ilə belə bir eksperimental zona Heydər Əliyev mərkəzində yaradılıb. "Hazırda bu şəbəkənin istismara verilməsi məqsədilə müvafiq qanunvericilik hazırlanır. Bu işlər hələ ilkin mərhələdədir. Paralel olaraq sahə üzrə mütəxəssislərlə müzakirələr aparılır. Belə ki, qurulacaq şəbəkə texnoloji nöqteyi-nəzərdən düzgün qurulmalıdır, çünki burada söhbət çoxlu sayda internetə qoşulacaq qurğulardan gedir ki, buna yanaşma tam fərqli olmalıdır", - deyə R. Əzizov qeyd edib. Qeyd edək ki, 5G test şəbəkəsinin qurulması işləri Azərbaycanın mobil rabitə operatoru olan "Azercell Telekom" tərəfindən aparılıb.

RƏYLƏR