Bakıda "Jeep Wrangler" qəza törətdi - FOTO

OXUNUB: 552 HADİSƏ

Paytaxtın Nərimanov rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 "Jeep Wrangler" markalı avtomobilin sürücüsü Atatürk prospektində nişanın tələbinə məhəl qoymayaraq köməkçi yoldan əsas yola çıxıb.

Nəticədə o, əsas yol ilə hərəkətdə olan "Mercedes" markalı avtomobilə çırpılıb.

"Mercedes"in sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qəza nəticəsində hər iki avtomobil deformasiyaya uğrayıb. Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib./report

İcmal.Az

RƏYLƏR