Bakıda kafe sahibi öz oğlu ilə müştərini döyüb

OXUNUB: 689 HADİSƏ

Bakının Binəqədi rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən dava baş verib.

Hadisə Sulutəpə qəsəbəsində yerləşən kafelərin birində qeydə alınıb.

Müştəri kimi kafedə əyləşən 47 yaşlı İsgəndərov Raqib İsmayıl oğlu iaşə obyektinin sahibinin oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində müəssisə sahibi və oğlu R.İsgəndərovu döyüb. Nəticədə müştəri üz nahiyəsindən sınıq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsi araşdırma aparır./report

 

İcmal.Az

RƏYLƏR