Bakıda kafe yanıb - VİDEO

OXUNUB: 471 HADİSƏ

Fövqəladə Hallar Nazirliyi Bakıda kafedə baş verən yanğınla bağlı məlumat yayıb.

İcmal.Az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 85 m² olan birmərtəbəli kafenin yanar konstruksiyaları və içərisində olan əşyalar 30 m² sahədə yanıb. 

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın söndürülüb.  

İcmal.Az

RƏYLƏR