Bakıda keçmiş məhkumlar kafeləri soydular

OXUNUB: 659 HADİSƏ

Bakının Xətai rayonunda kafelərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Oxu.Az xəbər verir ki, "102” xidməti - zəng mərkəzinə aprelin 22-23-ü tarixlərində paytaxtın Xətai rayonu, Zığ yolunda yerləşən, Bakı şəhər sakini X.Xəlilov və N.Nəbiyevə məxsus kafelərdə baş verən oğurluq hadisəsi ilə bağlı məlumat daxil olub. 

Belə ki, X.Xəlilova məxsus kafedən 700 manat dəyərində su qızdırıcısı, elektrik təmiri alətləri, N.Nəbiyevə məxsus kafedən isə pəncərəni sındırmaqla 1500 manat dəyərində üç ədəd televizor oğurlanıb.

Müraciət əsasında Xətai RPİ-nin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən kafelərdən oğurluq etməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü O.Xəlilov və İ.Quliyev müəyyən olunaraq saxlanılıb. 

Araşdırma zamanı şəxslərin daha əvvəl CM-nin 177, 221-ci maddələri ilə məhkum olunduqları məlum olub.

Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR