Bakıda məktəbli faciəvi şəkildə öldü

OXUNUB: 891 HADİSƏ
Bakıda məktəbli faciəvi şəkildə həlak olub. 
 
İcmal.Az Criminal.az saytına istinadən xəbər verir ki, dünən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində 7 yaşlı Vaqifi maşın vurub. O, aldığı zərbədən keçinib. 

Hadisə Vaqif yaşadığı məhəllədə velosiped sürərkən baş verib. Qonşuluqda yaşayan sürücü avtomobillə yüksək sürətlə hərəkətdə olarkən Vaqifi vurub. Zərbənin təsirindən uşağın başı daşa dəyib. 
Vaqif 141 saylı orta məktəbin 1-ci sinif şagirdi olub. 

İcmal.Az

RƏYLƏR