Bakıda motosiklet aşdı, sürücü ağır yaralandı

OXUNUB: 476 HADİSƏ

Bakının Nərimanov rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayon ərazisində hərəkətdə olan motosikletin aşması nəticəsində 1996-cı il təvəllüdlü Vəliyev Rabil Natiq oğlu açıq kəllə-beyin travması alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır./report

İcmal.Az

RƏYLƏR