Bakıda orta yaşlı kişi söyüşə görə bıçaqlandı

OXUNUB: 489 HADİSƏ

Bakıda orta yaşlı kişi söyüş söydüyünə görə bıçaqlanıb.

Hadisə Qaradağ rayonunda baş verib.

Lökbatan qəsəbəsində 1975-ci il təvəllüdlü Əhmədov Azər Xanlar oğlu tanıdığı şəxslə əlbəyaxa dava edib. Dava zamanı o, bıçaqlanıb. Yaralı təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd edək ki, hadisəyə səbəb kimi A.Əhmədovun tanışının ünvanına nalayiq ifadə işlətməsi göstərilir.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR