Bakıda oğru qrupu yaxalandı

OXUNUB: 637 HADİSƏ

Ötən gün polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlar törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər.

DİN-dən İcmal.Az-a verilən məlumata görə, mayın 10-da Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində üç mağazadan pul, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən dörd nəfərdən ibarət qrup üzvləri saxlanılıb.

Araşdırmalarla onların Yevlax rayon sakinləri Bəxtiyar Zamanov, Aidə Hüseynova və digər iki nəfərin yeniyetmə olduqları məlum olub.

B.Zamanovun və bir yeniyetmənin aprelin 30-da paytaxtın Nizami rayonu ərazisindəki mağazaların birindən 12 ədəd mobil telefon və noutbuk oğurlamaları da müəyyən edilib. Polis əməkdaşları tərəfindən üç mobil telefon maddi sübut kimi onlardan götürülüb.

Keçirilmiş növbəti əməliyyat tədbirləri ilə üç avtomobildən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şərur rayon sakini, əvvəllər məhkum olunmuş İsmayıl Məmmədov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

İcmal.Az

RƏYLƏR