Bakı. 27 aprel. / Bakıda “Polisə İctimai Dəstək” qrupunun üzvünü moped vurub.
“Report”un xəbərinə görə, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Məmməd Fərmanov idarə etdiyi mopedlə yolu keçən “Polisə İctimai Dəstək” qrupunun üzvü, 1994-cü il təvəllüdlü Arif Rzayevi vurub.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.